Miss-Media | Onu `Onlar`dan tanıyırsınız – FOTOSESSİYA

Miss-Media | Onu `Onlar`dan tanıyırsınız – FOTOSESSİYA
  30 İyul 2014    Oxunub:12689
AzVision.az-ın `Miss-Media` layihəsində sizi ölkə mediasının gözəl xanımları ilə tanış edirik. Rubrikanın budəfəki qonağı ATV-nin “Onlar” verilişinin müxbiri Aysel Tahirqızıdır.
Aysel 1988-ci il mayın 13-də Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr rejissorluğu fakültəsində təhsil alıb. Universiteti qırmızı diplomla bitirib. 2008-ci ildə Lider televiziyasında aparıcı- müxbir kimi çalışıb. Daha sonra ATV kanalına gəlib, 5 il olar ki, “Onlar” verlişinin müxbiridir.

- Alış-verişi çox sevirəm. Axırıncı pulumu da geyimə verirəm. Musiqi dinləməyi, dənizdə üzməyi xoşlayıram. Su xəstəsiyəm. Çoxlu şəkil çəkdirirəm.- deyən Aysel bu yaxınlarda ilk dəfə klip də çəkib. Yaxın zamanlarda rejissor kimi fəaliyyətini aktivləşdirmək istəyir. Amma aparıcı kimi efirə çıxmaq istəmir: “Daimi efirdə və diqqətdə olmağı sevmirəm”.

Fotolar: Nuron Məmmədov

Qalereya




Teqlər:  





Xəbər lenti